Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.
Bu barədə Almaniya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hərbi yardım paketinə 6 "Gepard” özüyeriyən zenit-raket kompleksi, 3230 ədəd 155 mm-lik artilleriya mərmisi, IRIS-T SLM hava hücumundan müdafiə sistemi üçün 10 lazer təyinedicisi və eyni sayda atəşə nəzarət sistemi daxildir.
İspaniya yaralıların təxliyəsi üçün Ukrayna sərhədçilərinə səyyar xəstəxana və tibbi ləvazimatlar verəcəyini elan edib.
///Report