Almaniya Ukraynaya daha 3 HHM sistemi göndərəcək

Almaniya Ukraynaya daha 3 HHM sistemi göndərəcək
DÜNYA
20:52 24.10.2022
241
Almaniya kansleri Olaf Şolts bəyan edib ki, ölkəsi yaxın vaxtlarda Ukraynaya əlavə 3 ədəd İRİS-T Hava Hücumundan Müdafiə (HHM) sistemi göndərəcək.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə kansler 5-ci Almaniya-Ukrayna forumunun açılışında bəyanat verib.

O, həmçinin qeyd edib ki, rəsmi Berlin ehtiyac olduğu müddət ərzində, həmkarları ilə birlikdə, Ukraynaya dəstək olacaq.

"Biz qəti şəkildə bu mübarizədə Ukraynanın tərəfindəyik və bu mübarizə həmçinin Avropada təhlükəsizliyin və sülhün uğrunda mübarizədir. Biz Ukraynanı siyasi, maliyyə, iqtisadi və humanitar cəhətdən, silah baxımından dəstəkləyəcəyik”, - kansler vurğulayıb.
OXŞAR XƏBƏRLƏR