Almaniya Ukraynaya daha iki “Patriot” HHM sistemi verib

Almaniya Ukraynaya daha iki “Patriot” HHM sistemi verib
04:42 02.01.2026
122
Ukraynaya daha iki "Patriot” hava hücumundan müdafiə sistemi təhvil verilib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi "Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, yeni sistemlər ölkə şəhərlərinin və mühüm infrastruktur obyektlərinin qorunmasında istifadə olunacaq.

Ukrayna müdafiə nazirinin sözlərinə görə, sözügedən HHM sistemləri Almaniya hökuməti ilə əldə olunan razılaşma çərçivəsində təqdim edilib.
OXŞAR XƏBƏRLƏR