Almaniya Ukraynaya növbəti hərbi yardım paketi göndərib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hərbi yardım haqda yenilənmiş siyahı Almaniya hökumətinin saytında dərc edilib.
Məlumatda deyilir ki, hərbi yardım paketinə 30 ədəd pilotsuz uçan aparat (PUA) aşkarlama sistemi, 8 ədəd kəşfiyyat aparatı, həmçinin PUA-lardan qorunmaq üçün 27 sensorlu ötürücü göndərilib.
Həmçinin əlavə olunub ki, hərbi yardım çərçivəsində 7 ədəd 8x8 tipli yük maşını, 12 ədəd ağır tonnajlı qoşqu və 1 ədəd M1070 model tank daşıyıcısı, piyadaların hücumunu dəstəkləmək üçün nəzərdə tutulmuş 7 ədəd uzaqdan idarə olunan tırtıllı maşın, 2 ədəd zirehli təmir-evakuasiya maşını, 63 ədəd pikap və digər silah-sursat, hərbi ləvazimatlar göndərilib.