Almaniya Ukraynaya qış geyimləri daxil olmaqla 11 milyon avroluq yardım paketi hazırlayıb

Almaniya Ukraynaya qış geyimləri daxil olmaqla 11 milyon avroluq yardım paketi hazırlayıb
DÜNYA
19:58 09.10.2022
242
Almaniya hökuməti Ukraynaya izolyasiyalı gödəkçələr, digər qış geyimləri, çadırlar və digər formalardan ibarət daha 11 milyon avro dəyərində dəstək paketi hazırlayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel” jurnalı məlumatı yayıb.

"Ukrayna rəhbərliyinin müvafiq müraciətindən sonra Berlin yaxınlaşan qış üçün ümumilikdə on bir milyon avro dəyərində avadanlıqları mümkün qədər tez çatdırmaq istəyir”, - nəşr yazıb.

Ukrayna üçün növbəti yardım paketinə 100 min isti alt paltar və digər qış geyimləri, 100 qızdırılan çadır, yüzlərlə portativ elektrik generatoru və kürək çantaları daxildir.
OXŞAR XƏBƏRLƏR