Almaniya və İtaliyanın Türkiyədəki seçkilərlə bağlı ŞƏRHİ

Almaniya və İtaliyanın Türkiyədəki seçkilərlə bağlı ŞƏRHİ
DÜNYA
11:39 16.05.2023
207
Türkiyədə keçirilən prezident və parlament seçkiləri ilə bağlı Almaniya və İtaliyadan açıqlamalar gəlib.

AZXEBER.COM xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Sasse bildirib ki, Türkiyədə seçici fəallığının yüksək olması Türkiyə vətəndaşlarının bu demokratik standartları yüksək qiymətləndirdiyini göstərir.

Andrea Sasse və Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit dünən Berlində Türkiyədə keçirilən prezident və 28-ci dönəm parlament seçkilərini qiymətləndirib. ATƏT müşahidəçilərinin də Türkiyədəki seçkiləri izlədiyini xatırladan Sasse seçki ilə bağlı müşahidələrin qiymətləndirilməsi üçün müşahidəçilərin hesabatlarının gözləniləcəyini qeyd edib.

Hökumət sözçüsü Hebestreit deyib: "Hazırda mühüm beynəlxalq qərarlarda heç bir təsir və ya gecikmə görmürük. Bu, demokratiyalarda standart prosesdir və biz bunu yaxşı hesab edirik”.

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani də mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı türk xalqının iradəsinə hörmət etdiklərini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR