Almaniya vətəndaşları Əfqanıstandan Özbəkistan üzərindən çıxarılır.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Almaniyanın Daşkənddəki səfirliyindən verilən açıqlamada bildirilib ki, Almaniya Müdafiə Nazirliyinə məxsus təyyarə Almaniya, Əfqanıstan və Avropa Birliyi ölkələri vətəndaşlarını təxliyə etməyə davam edir.
İndiyə qədər 260-dan çox insanın təxliyə edildiyi bildirilən açıqlamada, Kabuldan çıxarılanların Daşkənd üzərindən Almaniyaya daşındığı bildirilib.
Özbəkistan Prezidenti Şevket Mirziyoyev və Almaniya Prezidenti Frank-Walter Steinmeier telefon danışığında Alman vətəndaşlarının Əfqanıstandan çıxarılması ilə bağlı razılığa gəliblər.
Ayşən Mirzəyeva
Ayşən Mirzəyeva