Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən sanksiyaları sərtləşdirməyə davam edəcək.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Vaşinqtona səfəri ərəfəsində bəyan edib.
Nazirin sözlərinə görə, Rusiyanın Ukrayna ilə bağlı ciddi danışıqlara başlaması üçün təzyiq davam etdirilməlidir.