Almaniyada 12 nəfər əsir götürüldü

DÜNYA
14:42 25.10.2013
1107

Almaniyanın Frayburqd əyalətində 36 yaşlı kişi kafelərin birində 12 nəfəri əsir götürüb.

AZXEBER.COM-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisdən məlumat verilib. Versiyalardan birinə görə, 36 yaşlı şəxs kafenin sahibidir, əsirlər isə onun qohumları və tanışlarıdır. Hələ ki onun tərəfindən heç bir tələb irəli sürülməyib. Onun haqqında məlum olan yalnız odur ki, oktyabrın 24-də o, məhkəmə iclasında iştirak etməli idi, ancaq o məhkəməyə gəlməyib. Həmin şəxsin kürd əsilli olduğu və əvvəllər mühakimə olunduğu bildirilir.

 

OXŞAR XƏBƏRLƏR