Almaniyada naməlum şəxslər iş adamı Elman Allahverdiyevə məxsus otellərdən birini yandırıblar.
AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, yanğın Remstedterştrassedə yerləşən hazırda boş olan oteldə baş verib.
Polisin rəyinə görə, yanğın təsadüfən baş verməyib.
"Hesab edirik ki, binanı yandırıblar”, - polisin nümayəndəsi Kay Rixter deyib. Yanğın nəticəsində heç kim xəsarət almayıb. Hadisə vaxtı oteldə adam olmayıb.