Almaniyada bank anbarından 30 milyon avro oğurlanıb

Almaniyada bank anbarından 30 milyon avro oğurlanıb
DÜNYA
04:44 31.12.2025
126
Almaniyanın qərbində yerləşən Gelsenkirxen şəhərində naməlum şəxslər Sparkasse bankının filialının anbarını yararaq oradan təxminən 30 milyon avro məbləğində vəsait oğurlayıblar.

Bu barədə DPA agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Cinayətkarlar bankda 3,2 min seyf hücrəsini açaraq içindəkiləri götürüb hadisə yerindən qaçıblar.

Qeyd edilir ki, bu hadisə Almaniyanın kriminal tarixində ən iri soyğunlardan biri hesab oluna bilər.

Oğurluq nəticəsində 2,5 mindən çox əmanətçi zərər çəkib.
OXŞAR XƏBƏRLƏR