Almaniyada Bundestaq sədrinin müavininin milli komanda haqqında fikirləri qalmaqala səbəb olub

Almaniyada Bundestaq sədrinin müavininin milli komanda haqqında fikirləri qalmaqala səbəb olub
DÜNYA
20:36 20.06.2024
155
Almaniya Bundestaq sədrinin müavini Katrin Qerinq-Ekkardtın milli komanda ilə bağlı açıqlaması qalmaqala səbəb olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hökumət rəsmisi qrup mərhələsinin II turunda Macarıstana qalib gəldikləri oyundan sonra şəxsi "X" hesabından paylaşım edib.

"Bu komanda həqiqətən əladır. Bir anlıq təsəvvür edin ki, onun üçün yalnız ağdərili alman oyunçular oynayır", - deyə o vurğulayıb.

Qerinq-Ekkardtın qaradərili oyunçularla bağlı fikirləri tənqidlərlə qarşılanıb, o, daha sonra paylaşımı silib və üzr istəyib.

O, bəyanatını bu yaxınlarda keçirilmiş sorğunun nəticələri ilə əsaslandırıb ki, ölkədə hər beş nəfərdən biri (21%) milli komandada daha çox ağdərili futbolçu görmək istəyir.

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024 iyulun 14-də başa çatacaq.
OXŞAR XƏBƏRLƏR