Almaniyada cəsus qalmaqalı: Rusiyaya gizli məlumatlar ötürən britaniyalı həbs olunub

Almaniyada cəsus qalmaqalı: Rusiyaya gizli məlumatlar ötürən britaniyalı həbs olunub
DÜNYA
21:07 11.08.2021
1118
Almaniyada Rusiyaya cəsusluq etməkdə şübhəli bilinən Britaniya səfirliyinin əməkdaşı Devid S. həbs olunub.

Bu barədə "Deutsche Welle” məlumat yayıb.

Məlumata görə, Devid öz peşəkar fəaliyyəti nəticəsində əldə etdiyi sənədləri Rusiya kəşfiyyatına ötürüb.

Şübhəlinin cəsusluq fəaəliyyətinə ötən ilin noyabrından etibarən başladığı bildirilib. Bunun müqabilində o, nağd pul alıb.

Hazırda işin təfərrüatları araşdırılır.
OXŞAR XƏBƏRLƏR