Almaniyada əhaliyə çağırış: Ən az 3 günlük ərzaq depolayın

DÜNYA
13:32 13.12.2024
173
Almaniyada rəsmi qurumlar ictimaiyyətə ən az üç günlük ərzaq depolamağa çağırış edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Mülki Müdafiə və Fövqəladə Yardım Federal İdarəsi (BBK) vətəndaşlara çağırışında həmçinin su, nağd pul, akkumulyatorla işləyən radio və batareya ilə çalışan qızdırıcı kimi əhəmiyyətli əşyaları evdə depolamağı məsləhət görüb.
 
Rəsmi qurumların açıqlamasında vətəndaşları fövqəladə hallara və elektrik enerjisinin uzunmüddətli kəsilməsinə hazır olmağa dəvət edib:

"Hər gün çox sayda kiber hücuma məruz qalırıq. Lakin bir çox insanlar elektrik enerjisinin kəsilməsinin yarada biləcəyi ciddi problemlərdən xəbərsizdir. Gələcəkdə internetin kəsilməsi və bankomatların sıradan çıxması kimi hallarla da rastlaşa bilərik. Elektrikin kəsilməsi təkcə işıqlandırmaya deyil, həm də yemək bişirməyə, su təchizatı və rabitəyə təsir edir".
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR