Almaniyada “Ərdoğan-burger”ə görə restoran bağlandı

DÜNYA
15:46 10.05.2016
1333
Sosial şəbəkələrdə restoranın ünvanına təhdidlər səslənib.
Kölndə menyusunda “Ərdoğan-burger” adlı yeməyin peyda olmasından sonra, gələn təhdidlər üzündən “Urban Burgery” restoranı bağlanmaq məcburiyyətində qalıb.
Bu barədə “Local”a istinadən RİA Novosti məlumat yayıb.
İlk dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə adlandırılan burger restoranın menyusunda aprelin sonunda peyda olub. “Ərdoğan-burger”lər “ləzzətli və təamlı” kimi reklam edilirdi və “təbii ki, keçi südü ilə” təqdim edilirdi.
Restoran sahibləri son dəqiqləşdirmələri ilə, daha öncə Ərdoğanı seksual təhrifdə ittiham edən alman satiriki Yan Bemermanın şeirinə eyham vurublar.
Öncə “Ərdoğan-burger” populyarlıq qazanıb, onun haqqında, hətta yerli KİV yazıb. Amma tezliklə sosial şəbəkələrdə restoranın ünvanına təhdid və tənqidlər səslənib. Nəticədə restoran sahibləri obyekti müvəqqəti olaraq bağladıqlarını bəyan ediblər.
Onlar öz əməkdaşlarının təhlükəsizliyinin təmin ediləcəyinə dair zəmanət verə bilmədiklərini bildiriblər, “Local” yazır.
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR