Almaniyanın poçt işçiləri tətil edirlər.
AZXEBER.COM-un verdiyi xəbərə görə, aprelin 18-də bir çox almanlar poçtun iş cədvəlinin pozulması və korrespondensiya problemləri ilə qarşılaşıblar.
“Deutsche Post” konserninin işçiləri tarif sazişlərinin dəyişdirilməsi və əmək haqqının artırılması tələbi ilə xəbərdarlıq tətilini davam etdiriblər.Çərşənbə günü Almaniyanın hər yerində təqribən 3400 poçtalyon tətil edib ki, bunun da nəticəsində 2,4 milyondan çox məktub və 100 mindən artıq bağlama və göndəriş ünvanlara çatdırılmayıb.Bu gün isə “Doyçe post” çeşidləmə mərkəzlərinin əməkdaşları işi dayandırıblar. Berlində “Verdi” xidmət sahəsi işçiləri həmkarlar ittifaqının nümayəndəsi bildirib ki, tətillər indi Qərbi Almaniyanın Baden-Vürtemberq, Reynland-Pfalts, Saar və Hessen federal vilayətlərini əhatə edib.
Bu, korrespondensiya və göndərişlərin çatdırılmasında ciddi fasilələrə gətirib çıxarıb. “Verdi” həmkarlar ittifaqının nümayəndəsi deyib: “Belə tətil forması strateji funksiya daşıyır, çünki poçt göndərişləri çeşidlənmir və buna görə də ünvanlara çatmır”.Onun sözlərinə görə, həmkarlar ittifaqları çeşidləmə mərkəzlərinin 750 əməkdaşını işi dayandırmağa çağırıb. İşəgötürənlə danışıqların növbəti dövrəsi aprelin 25-nə təyin edilib və həmin günədək yeni tətillər keçirilə bilər.“Verdi” “Doyçe post”un təqribən 132 min işçisinin əmək haqqının 6 faiz və ya azı ayda 140 avro artırılmasını tələb edir. Ümumiyyətlə, konserndə 175 min adam işləyir ki, bunların da 40 min nəfərindən çoxu qulluqçulardır.