Futbol üzrə Almaniya çempionatının "Leypziq"-"Hoffenhaym" oyununda qısa fasilə verilib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hakimin matça qısa fasilə verməsində məqsəd isə meydan sahiblərinin müdafiəçisi Məhəmməd Simakanın oruc açmasına şərait yaratmaq olub.
Qeyd edək ki, 21 yaşlı Məhəmməd Simakan qvineya kökənli fransızdır, müsəlmandır.
Məlumat üçün əlavə edək ki, sözügedən qarşılaşma "Leypziq" klubunun 3:0 hesablı qələbəsi ilə bitib.