Almaniyada ilk dəfə olaraq koronavirusdan sağalanların sayı xəstələrin sayını ötdü

Almaniyada ilk dəfə olaraq koronavirusdan sağalanların sayı xəstələrin sayını ötdü
DÜNYA
15:10 12.04.2020
1494

Almaniyada ilk dəfə olaraq koronavirusdan sağalanların sayı müalicə alanların sayını ötüb.

TASS xəbər verir ki, faktı Berlin Virusologiya İnstitutu təsdiqləyib.

Məlumata görə, Almaniyada koronavirusa yoluxanların sayı 120 479 nəfərdir. Onlardan 60 200-ü artıq sağalıb. Beləliklə, hazırda müalicə alanların sayı 57 606 nəfərdir.

Qeyd edək ki, Almaniya koronavirusa yoluxanların sayına görə beşinci yerdə olsa da, bu ölkədə virusdan ölənlərin sayı İtaliya, Fransa və İspaniya ilə müqayisədə dəfələrlə azdır.

OXŞAR XƏBƏRLƏR