Yeni nazir Ursula fon der Lyayen ixtisasına görə həkimdir
Almaniya tarixində ilk dəfə olaraq qadın müdafiə naziri olacaq. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, xanım nazir Ursula fon der Lyayen ixtisasına görə həkimdir. Bundan əvvəl o, əmək və sosial məsələlər üzrə nazir vəzifəsini tutub.
Xristian Demokratik İttifaqı partiyasının lideri Angela Merkel partiyanı nazirlər kabinetində təmsil edəcək 6 nazirin adını bazar günü keçirdiyi brifinqdə açıqlayıb.
Bu ərəfədə yeni hakim koalkisiyanın iştirakçıları- Almaniya Sosial Demokratik Partiyası və “Xristian demokratik ittifaqı” / Xristian Sosial İttifaqı bloku- partiyalar arasında nazirlik portfellərinin bölüşdürülməsi haqqında elan veriblər.
6 nazir yerini sosial-demokratlar, 5 nazirliyi və federal kansler idarəsinin xüsusi tapşırıqlar üzrə nazir vəzifəsi XDİ, 3 nazirlik vəzifəsini isə XSİ alıb.
Hazırkı müdafiə naziri Tomas de Mezyer yeni hökümətdə Daxili İşlər Nazirliyinə başçılıq edəcək.