Harvard Universitetinin professoru Tobias Kurt Almaniyada koronavirusdan ölənlərin az olmasının səbəbini izah edib.
AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Almaniyada əhalinin hər milyon nəfərinə 108 ölüm halı düşür. Bu, dünyada ən aşağı göstəricilərdən biridir.
"Bizim epidemiyaya hazırlaşmağa vaxtımız oldu. Bizim səhiyyə sistemimiz onsuz da yaxşı hazırlıqlı idi, amma biz onu daha da gücləndirdik", - deyə Kurt bildirib.
Professor, həmçinin qeyd edib ki, hakimiyyət orqanları virusun yayılma tempini epidemiyanın ilkin mərhələsində aşağı salmağa nail oldu. Bu da yaşlı insanların yoluxmasının qarşısını almağa imkan verdi.