Almaniyada piyada körpüsü çöküb, ölən və xəsarət alan var

Almaniyada piyada körpüsü çöküb, ölən və xəsarət alan var
DÜNYA
09:50 19.05.2021
452
Almaniyanın Aşağı Saksoniya federal torpağında piyada körpüsü çöküb.
 
AZXEBER.COM-un "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, körpünün çökməsi nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə helikopter cəlb edilib.
 
Bildirilir ki, insident baş verən zaman körpünün tikintisi başa çatmamışdı.

OXŞAR XƏBƏRLƏR