Almaniyanın paytaxtı Berlində polis ətrafda dolaşdığı bildirilən aslan səbəbilə evdən çıxmamaq barədə xəbərdarlıq edib.
AZXEBER.COM xarici mətbuata isitnadla xəbər verir ki, Brandenburq əyalət polisi Berlinin cənubundakı Stahnsdorf, Kleinmachnow və Teltow rayonlarının sakinlərinə küçəyə çıxmamaq barədə xəbərdarlıq edib. Ev heyvanlarını evdən çıxarmamaq tövsiyyə edilib.
Vəhşi heyvanın haradan gəldiyinin hələ də dəqiq bilinmədiyini, zooparklar, sirklər və heyvan sığınacaqlarının yoxlanıldığını qeyd edən polis bölgədə həm havadan, həm də qurudan axtarış tədbirlərinin aparıldığını qeyd edib.
Bildirilib ki, vəhşi heyvana qarşı anestezik iynə və ya güllədən istifadə ediləcəyinə ayrı-ayrılıqda qərar veriləcək.
Şəbnəm