Almaniyanın cənubundakı Qarmiş-Partenkirxen şəhəri yaxınlığında regional qatar relsdən çıxıb, bir neçə vaqon aşıb. Hadisə nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb. Qəzaya nəyin səbəb olduğu hələlik məlum deyil.