Almaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı kəskin artıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, avqustda Almaniyada sığınacaq almaq üçün 27 738 müraciət edilib ki, bu da əvvəlki ayla müqayisədə 17% çoxdur. Beləliklə, səkkizinci ayda artıq 200 min nəfərlik hədd aşılıb.
Qeyd edək ki, müraciət edənlərin əksəriyyəti Suriyadan, Əfqanıstandan və Türkiyədən olub.
Şəbnəm