Almaniyada silahlı insident olub, ölən və yaralanan var

Almaniyada silahlı insident olub, ölən və yaralanan var
DÜNYA
23:20 22.08.2025
205
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Menden şəhərində silahlı insident baş verib.

Hadisə nəticəsində iki nəfər güllə yarası alıb. Onlardan biri həlak olub. Digər şəxs isə təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb. Həmin şəxsin Türkiyə əsilli olduğu bildirilir.

Silahlı hücumu törədən şəxs hadisə yerindən qaçıb. Faktla əlaqədar istintaq qrupu yaradılıb və hücumu törədən şəxsin axtarışları davam etdirilir.

Xatırladaq ki, ötən gün Saarland əyalətinin Völklingen şəhərində yanacaqdoldurma məntəqəsinə silahlı basqın edən şəxs onu saxlamağa çalışan polis əməkdaşlarından birini qətlə yetirmişdi. Həmin hadisəni törədən şəxs yaralı halda saxlanılmışdı.
 
/unikal
OXŞAR XƏBƏRLƏR