Almaniyada sürücü yük maşınını insanların üzərinə sürüb, 3 nəfər ölüb, 50 yaralı var

Almaniyada sürücü yük maşınını insanların üzərinə sürüb, 3 nəfər ölüb, 50 yaralı var
SOSİAL
21:31 07.04.2018
4235
Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster şəhərində sürücü kiçik həcmli yük maşınını oturmuş vəziyyətdə olan bir qrup insanın üzərinə sürüb.

Ilkin məlumata görə, polis hadisənin qəsdən törədildiyini ehtimal edir.

Yanğın xidmətinin nümayəndəsi təqribən 50 nəfərin xəsarət aldığını bildirir.

"Rheinische Post" nəşrinin mənbələri sürücünün özünü güllələdiyini bildiriblər. "Focus" nəşri də polisə istinadən iddia edir ki, şübhəli şəxs intihar edib.

Hadisə yerinə polis vertolyotları gəlib, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə partlayıcı maddə axtarırlar.

///Report.az

OXŞAR XƏBƏRLƏR