Almaniyada təyyarə qəzası: Ölənlər var

Almaniyada təyyarə qəzası: Ölənlər var
DÜNYA
19:26 13.04.2025
387
Almaniyanın şimalında Aşağı Saksoniya federal əyalətinin Salzgitter şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

Oxu.Az "Bild"ə istinadən xəbər verir ki, təyyarə "Salzgitter AG" polad şirkətinin ərazisinə düşüb.

İki nəfərlik təyyarə yerli aerodromdan havaya qalxıb. Təxminən 1 kilometr uçduqdan sonra təyyarə zavodun iki sexi arasına düşüb.

İlkin məlumatlara görə, əsas və ikinci pilot həlak olub. Təyyarə qəzasının səbəbi hələ də müəyyən edilməyib, lakin mühərriklə bağlı problemlərin olduğu ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR