Almaniyada ticarət mərkəzlərinin eskalatorları söndürülür - Qənaət rejimi...

Almaniyada ticarət mərkəzlərinin eskalatorları söndürülür - Qənaət rejimi...
DÜNYA
15:53 28.08.2022
331
Almaniyada bəzi ticarət mərkəzləri enerjiyə qənaət çərçivəsində eskalatorların işini dayandırıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə "Saturn" və "Karstadt" pərakəndə satış şəbəkələrində qeydə alınıb.

Bəzi mərkəzlərdə isə işıqlandırmanın azaldılması yolu ilə enerjiyə qənaət edilir.

Qeyd edək ki, avqustun 24-də Almaniya hökuməti qışda qaz istehlakını 2-2,5% azaldacaq enerjiyə qənaət tədbirlərini razılaşdırıb. Tədbirlərə, xüsusən, idarələrdə və dövlət müəssisələrində istilik temperaturunun 20-dən 19 dərəcəyə endirilməsi, saat 22:00-dan 06:00-dək binaların və abidələrin açıq hava reklamlarının və işıqlandırılmasının dayandırılması daxildir.

Bundan əlavə, mağaza sahiblərinə qapıları uzun müddət açıq saxlamaq qadağan ediləcək.
OXŞAR XƏBƏRLƏR