Almaniyada turist avtobusu aşıb, 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Almaniyada turist avtobusu aşıb, 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb
DÜNYA
18:45 27.03.2024
182
Almaniyanın Leypsiq şəhərində turist avtobusunun aşması nəticəsində 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bu barədə xilasedici xidmətdən bildirilib.

Nəqliyyat vasitəsi beynəlxalq daşımalar üzrə ixtisaslaşan "Flixbus” şirkətinə məxsusdur. Avrobus naməlum səbəbdən yoldan çıxaraq aşıb.

Hadisə yerinə xilasedici helikopterlər cəlb olunub.

Qəza ilə əlaqədar Münxen istiqamətində avtomobil yolu bağlanıb.
 
///report
OXŞAR XƏBƏRLƏR