Almaniyada xəstəxananı yandıran 72 yaşlı kişi saxlanılıb

Almaniyada xəstəxananı yandıran 72 yaşlı kişi saxlanılıb
DÜNYA
23:58 01.06.2025
429
Almaniya polisi Hamburqdakı Müqəddəs Məryəm xəstəxanasını yandırmaqda şübhəli bilinən 72 yaşlı kişini saxlayıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Nəşr vurğulayıb ki, şahidləri dindirdikdən sonra istintaq yanğının qəsdən xəstələrdən biri tərəfindən törədildiyi qənaətinə gəlib.

Qeyd olunub ki, yanğın zamanı 50-dən çox insan xəsarət alıb, daha 3 nəfər ölüb. Şübhəli klinikada saxlanılıb və o, bazar ertəsi, iyunun 2-də məhkəmə qarşısına çıxarılacaq.
OXŞAR XƏBƏRLƏR