Almaniyada Yeni il ağacı adamların üstünə aşdı

Almaniyada Yeni il ağacı adamların üstünə aşdı
SOSİAL
09:06 11.12.2017
930
Almaniyanın qərbində yerləşən Eşvayler şəhərində yarmarka meydanında ucaldılmış Yeni il ağacı adamların üzərinə yıxılıb.
 
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, ən azı dörd nəfər xəsarət alıb. Bildirilir ki, yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 21:00) ağac meydanda quraşdırılmış uşaq karuselinin üstünə aşıb. Lakin uşaqlar arasında xəsarət alan yoxdur. Yaralananların dördü də böyüklərdir.
 
Hazırda polis hadisənin başvermə səbəblərini araşdırır.
OXŞAR XƏBƏRLƏR