Almaniya Xarici İşlər və Daxili İşlər nazirləri Suriyadakı Əsəd administrasiyası tərəfdarlarına Almaniyaya gəlməmələri barədə xəbərdarlıq edİB.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok və daxili işlər naziri Nensi Fayzer Suriyadakı Əsəd administrasiyasının tərəfdarlarına Almaniyaya gəlməmələri barədə xəbərdarlıq ediblər.
Daxili işlər naziri Faeser Əsəd tərəfdarlarının Almaniyaya sığınmağa cəhd etdikləri təqdirdə sərhəd nəzarətində sərt şəkildə araşdırılacağını və cinayətkarların cəzasız qalmayacağını bildirib.
O, Suriyanın radikal qrupların və ya xarici güclərin oyun meydanına çevrilməməsi lazım olduğunu vurğulayıb.
Almaniyanın daxili işlər naziri Nancy Faeser sərhəd nəzarətinə diqqət çəkərək Əsəd administrasiyasının tərəfdarlarının "Almaniyaya qaçmağa cəhd göstərəcəkləri təqdirdə sərt şəkildə araşdırılacağını və cinayətkarların cəzasız qalmayacağını" bildirib.
Feaser həmçinin xatırladıb ki, Suriya kəşfiyyatının keçmiş əməkdaşı Almaniyanın Koblenz Əyalət Ali Məhkəməsinin 2022-ci ildə Suriyada dövlət tərəfindən törədilən qətl və işgəncə cinayətləri ilə bağlı verdiyi qərarla ömürlük həbs cəzasına məhkum edilib.
Gülay