Almaniyadan Rifah üçün siqnal: Yenidən fəaliyyətə başlaya bilər

Almaniyadan Rifah üçün siqnal: Yenidən fəaliyyətə başlaya bilər
DÜNYA
14:46 27.05.2024
151
Almaniyanın xarici işlər naziri Annalena Berbok Aİ-nin Rəfahdakı sərhədi qorumaq üçün hərəkətə keçə biləcəyinə işarə edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Almaniya hökuməti Rəfahda sərhədi qorumaq üçün Avropa İttifaqının sərhəd yardımı missiyasının yenidən aktivləşdirilməsi ideyasını dəstəkləyir.

Berbok Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuata açıqlama verib.

Vəziyyəti pisləşən Qəzzaya humanitar yardımın necə çatdırılacağının düşünülməsinin lazım olduğunu bildirən Berbok indi Rəfah sərhəd qapısının yenidən bağlandığını bildirib:

"Buna görə də mən təkcə Aİ-nin Rəfahda sərhədi qorumaq üçün keçmiş sərhəd missiyasının yenidən aktivləşdirilməsi ideyasını alqışlamıram, həm də Almaniya da bu ideyanı dəstəkləyir”.

Ayşən
OXŞAR XƏBƏRLƏR