Almaniyanın baş naziri Ukraynaya dəstəyi davam etdirmək üçün ABŞ-yə gedir

Almaniyanın baş naziri Ukraynaya dəstəyi davam etdirmək üçün ABŞ-yə gedir
DÜNYA
16:39 08.02.2024
152
Almaniya Avropa ölkələrinin və ABŞ-nin Ukraynaya dəstəyini artırmasını istəyir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolz deyib ki, Avropa ölkələri və ABŞ hələ də Ukraynanı dəstəkləmək üçün kifayət yardım etməyib, ona görə də birlikdə daha çox iş görməyin yolunu tapmaq lazımdır.

Şolz ABŞ-yə yola düşməzdən əvvəl hava limanında verdiyi açıqlamada Rusiyanın Ukraynada böyük dağıntılar törətdiyini bildirib. 

Ukraynanın özünü bütün gücü ilə müdafiə etdiyini bildiklərini ifadə edən Şolz deyib:

"Yardımı davam etdirmək üçün dəstəyə ehtiyac var. Avropadan indiyə qədər vəd edilənlər və ABŞ Konqresinin qərarları hələ də kifayət deyil. Ona görə də biz birlikdə daha çox şey etmək üçün bir yol tapılmalıdır”.

Ayşən
OXŞAR XƏBƏRLƏR