Almaniyanın bir çox məşhur simalarından çağırış - İsrailə silah tədarükünü dayandırın

Almaniyanın bir çox məşhur simalarından çağırış - İsrailə silah tədarükünü dayandırın
DÜNYA
16:17 04.06.2025
381
Almaniyada elm, mədəniyyət və vətəndaş cəmiyyəti sahəsindən çoxlu sayda şəxs hökumət rəsmilərinə açıq məktub yazaraq, İsrailə silah tədarükünün dayandırılmasını, Qəzzaya maneəsiz humanitar yardımların çatdırılmasını və atəşkəsə nail olmaq üçün səylərin göstərilməsini istəyib.

AZXEBER.COM alman mətbuatına istinadən xəbər verir ki, "Spiegel” jurnalının yazdığına görə, açıq məktub 2020-ci ildə Hanau şəhərində irqçi hücumun qurbanı olan Səid Etris Haşemi və iqlim fəalı Luisa Noubauer, sosioloq Harald Welzer, musiqiçi Michael Barenboim, aktyorlar Aksel Prahl və Enissa Meriç Amacell kimi bir çox məşhur simaların təşəbbüsü ilə yazılıb. 

Məktubda məqalənin Qəzza zolağında davam edən humanitar fəlakət və Almaniyanın bu silahlı münaqişədəki rolu səbəbindən böyük narahatlıqla yazıldığı bildirilib.

Məktubda Qəzzada atəşkəsin təmin edilməsi üçün daha güclü səylərin göstərilməsi, Qəzza zolağında mülki əhaliyə hərtərəfli humanitar yardımın göstərilməsi və Almaniya hökumətinin İsrailə silah tədarükünü nəzərdən keçirməsi və dayandırması tələb edilib.

Məktubda Almaniya hökumətindən bir çox beynəlxalq hüquq ekspertinin problemli hesab etdiyi İsrailin qeyri-mütənasib müharibə üsullarına qarşı açıq mövqe nümayiş etdirməsi və Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi müstəqil təşkilatların Fələstin xalqına maneəsiz humanitar yardım göstərməsi tələb edilib.

Məktubda həmçinin almanların 80 faizinin İsrailin hərbi hərəkətlərini tənqid etdiyini, 60 faizinin isə İsrailə silah göndərilməsinə qarşı olduğunu göstərən sorğulara istinad edilib.

ARD ictimai yayımı ilə əlaqəli olan Qərbi Almaniya Yayım Korporasiyasının (WDR) məlumatına görə, 50-yə yaxın tanınmış sima məktubu imzalayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR