Almaniyanın eks-kansleri Putinlə dostluğu barədə: “Əcəb edirəm”

Almaniyanın eks-kansleri Putinlə dostluğu barədə: “Əcəb edirəm”
DÜNYA
14:05 03.08.2022
343
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Ukraynadakı siyasi böhran və Vladimir Putinlə dostluq münasibətləri kontekstində Rusiya ilə əlaqələri davam etdirəcəyini bildirib.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, "RTL/ntv” telekanalına müsahibəsində danışıb.

Almaniya hökumətinin keçmiş rəhbərinin sözlərinə görə, Ukraynadakı vəziyyəti danışıqlar yolu ilə həll etmək olar və Kreml buna hazırdır. Lakin Avropa ölkələri, o cümlədən Berlin və Paris müzakirələrə neytral yanaşmır.

Şröder Ukrayna və Rusiya arasındakı böhranda danışıqların mümkünlüyünə örnək olaraq mart ayında İstanbulda keçirilən görüşləri göstərib.

"Mən hökumətin əlindən vasitəçilik işini almaq istəmirəm. Lakin hansı səbəbə görə hüquqi cəhətdən mümkün olan, mənə və ailəmə problem yaratmayan müzakirələri dayandırmalıyam?”, - deyə Gerhard Şröder söyləyib.

Kremllə "sıx təmas” mövzusunda özünə qarşı irəli sürülən ittihamlardan danışan eks-kansler Moskva ilə münasibətlərdə hər hansı "qırılma”nın mümkünlüyünü də istisna edib:

"Vladimir Putindən şəxsi mənada uzaqlaşma həqiqətən kiməsə xeyir verə bilərmi? Mən müəyyən qərarlar vermişəm və onları dəstəkləyirəm. Buna görə niyə üzr istəməliyəm?”
OXŞAR XƏBƏRLƏR