Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb

Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb
SİYASƏT
18:52 31.03.2025
674
Martən 31-də Almaniyanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Xarici İşlər Naziriyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.

Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb.

Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının Azərbaycana qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu qeyd edilib.

Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanda "Dağlıq-Qarabağ” adlı inzibati ərazi vahidi olmadığı xatırlanıb. Ərazilərimizə istinad edərkən mövcud olmayan, siyasi qərəzli və saxta adlardan istifadə etməkdən çəkinməyin zəruri olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
15:50 13.03.2026
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
15:42 13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
15:40 13.03.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
15:39 13.03.2026
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
15:38 13.03.2026
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
15:35 13.03.2026
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​