Almanlar bu erməniyə 27,5 milyon avro verdi - FOTOLAR

İDMAN
14:48 09.07.2013
6931

Almaniyanın “Borussiya Dortmund” klubu heyətini gücləndirib.

AZXEBER.COM-un məlumatına görə, UEFA Çempionlar Liqasının son finalçısı Ermənistan yığmasının futbolçusu Henrik Mxitaryanın transferini rəsmiləşdirib.

24 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Dortmundlular bu transferə görə futbolçunun sabiq klubu “Şaxtyor”a 27.5 milyon avro ödəyəcək. Henrik Mxitaryan Dortmund "Borussiya"sında "10" nömrəli formanı geyəcək.

Qeyd edək ki, Mxitaryan “Şaxtyor”un heyətində 106 oyun keçirib, 46 top vurub.

OXŞAR XƏBƏRLƏR