‘Almanlar iki dəfə bizi cəzalandırdı’ - Rəşad Sadıqov

‘Almanlar iki dəfə bizi cəzalandırdı’ - Rəşad Sadıqov
İDMAN
00:07 23.08.2013
1512

“Oyunumuz istədiyimiz səviyyədə alınmadı”. Bu sözləri apasport.az saytına “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib. Avropa Liqasının pley-off mərhələsində “Ayntraxt”la görüşdən (0:2) sonra fikirlərini açıqlayan Sadıqov rəqibin güclü komanda olduğunu söyləyib: “İstədiyimiz oyunu qura bilmədik. Yaxşı epizodlarımız oldu. Özümüz qol vuracağımız halda, almanlar iki dəfə bizi cəzalandırdı. Bununla da, qarşılaşmanın taleyini həll etdilər. Meydançanın vəziyyətinə gəlincə, bu haqda danışmaq istəmirəm. Onsuz da rəqib pressinq tətbiq edirdi. Bu vəziyyətdə bizim üçün oynamaq çətin idi. Təəssüf ki, bu cür oyunu bu cür meydançada oynadıq. “Qarabağ” topla oynayan komandadı. Ancaq rəqib bizə topa hərəkət etməyə imkan vermədi. “Ayntraxt” pressinq tətbiq edə-edə istəyinə nail oldu. Bu gün təcrübə öz sözünü dedi”.

OXŞAR XƏBƏRLƏR