Almatı küçələrində təmizləmə əməliyyatı: Minlərlə insan saxlanıldı

Almatı küçələrində təmizləmə əməliyyatı: Minlərlə insan saxlanıldı
DÜNYA
16:41 06.01.2022
359
Qazaxıstanın hüquq-mühafizə orqanları Almatıda reydlər zamanı 2 minə yaxın aksiya iştirakçısını saxlayıb.

Bu barədə cümə axşamı respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Almatı polis idarəsinin əməkdaşları Karasay-Batır və Masançi küçələrində təmizləmə əməliyyatı həyata keçiriblər. Qanunu pozanların tutulması üçün tədbirlər görülür. Ümumilikdə 2 minə yaxın adam polisə gətirilib”, - deyə məlumatda bildirilir.
OXŞAR XƏBƏRLƏR