Almatıda atışma zamanı dörd yaşlı qız öldürüldü

Almatıda atışma zamanı dörd yaşlı qız öldürüldü
DÜNYA
14:54 09.01.2022
370
Yanvarın 7-də Qazaxıstanın Almatl şəhərində atışma nəticəsində dörd yaşlı qız ölüb.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Tengrinews.kz uşaq hüquqları üzrə ombudsman Arujan Sainə istinadən məlumat yayıb. 

Sain bildirib ki, yanvarın 7-də içərisində dörd uşaq olan avtomobil Almatı küçələrində hərəkətdə olarkən maşına atəş açılıb. Açılan atəş nəticəsində qız dünyasını dəyişib.

Xatırladaq ki, bir gün əvvəl Almatıda iğtişaşlar zamanı 11 yaşlı uşağın güllə yarasından öldüyü məlum olub. 15 yaşlı yeniyetmə isə xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR