Müğənni Almaxanım Əhmədli efirdə toyları ilə öyünən müğənniləri tənqid edib.
AZXEBER.COM xəbər verir ki, müğənni bununla bağlı sosial media hesabında geniş yazı paylaşıb.
Almaxanım eyni zamanda konsertlərini reklam edən sənətçilərə də səslənib:
"Evdə bəzi özəl kanalları silmişəm ki, gözüm görməsin verilişlərdə gedən düşük söhbətləri. Təəssüf ki, görmək istəməsəm belə bəzən sosial şəbəkədə qarşıma çıxır. Bayaq baxıram ki, İQ səviyyəsi yerlərdə sürünən bəzi müğənnilər çıxıb verilişdə kimin toyu daha çoxdu mövzusunda mübahisə edirlər. Həqiqətən görün necə vəziyyətdəyik ki, müğənni çıxıb konsert tarixlərini elan etmək əvəzinə bu ay 10 dənə, sentyabrda 20 dənə toyum var və s. kimi axmaq söhbətlər edir. Hələ bu azmış kimi aparıcı da deyir ki, bu ay toylardan nə qədər qazandın?
Əziz sənətçilər, nə olar bir az özünüzü inkişaf elətdirin. Toyda "Buleyli" oxumaqla heç bir inkişafdan söhbət gedə bilməz. Demirəm toyda əsər oxuyun. Fikrimi düzgün başa düşün. Bir az dünya mediasını izləyin, xarici müğənnilərin solo konsertlərini izləyin. Görün insanlar necə işlər ortaya qoyurlar. Τoy..toy.. toy!
Hələ konsert verməyi də qlobal uğur kimi təqdim edən sənətçiləri demirəm. Ay gözəl insan, bu zatən sənin işindir. Sən müğənnisənsə konsert verməlisən. Burda qeyri-adi nə var ki? Şok, şok, şok! Filankəs solo konsert verdi. Ay bala, bu müğənnidir də, başqa nə etməlidir? Müğənninin fəaliyyəti zatən konsert vermək, yeni mahnı, klip təqdim etməkdir. Bunu qlobal uğura çevirmək lazım deyil. Zatən normal olanı budur. Sən müğənnisənsə, konsert verməlisən".
Aysel