Almazın yeni “qohumu” kəşf edildi

Almazın yeni “qohumu” kəşf edildi
MARAQLI
09:36 15.10.2026
139
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər.

"Diamondiyne” adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir.

Göteborq Universitetinin tədqiqatçıları iki mayenin təmas səthində əldə etdikləri materialın karbon atomlarının üçlü rabitələrlə birləşməsi nəticəsində yarandığını bildiriblər. Tədqiqat qrupunun rəhbəri, professor Karl Börjessonun sözlərinə görə, "Diamondiyne” üçölçülü tetraedrlər şəbəkəsindən ibarətdir.

Materialın kristal quruluşu elektron mikroskopiyası ilə səthin kiçik sahələrində təsdiqlənib. Alimlər indi onun fiziki xüsusiyyətlərini və mümkün tətbiq sahələrini araşdırmağı planlaşdırırlar.

Karbonun almaz, qrafit, qrafen və digər formalarından fərqli quruluşa malik "Diamondiyne”nin məsaməli strukturu gələcəkdə yeni texnoloji imkanlar yarada bilər.
 
////qafqazinfo///
OXŞAR XƏBƏRLƏR