Alparslan Türkeşin oğlu MHP-dən qovuldu

DÜNYA
15:00 05.09.2015
1265

Türkiyə müvəqqəti hökuməti baş nazirinin müavini Toğrul Türkeş sədr müavini olduğu Milliyyətçi Hərəkat Partiyası (MHP) üzvülüyündən xaric edilib.

AZXEBER.COM xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, MHP-nin Nəzarət Təftiş Komitəsi bu gün uyğun qərarı qəbul edib.

Qeyd edək ki, Toğrul Türkeş MHP-nin qurucusu Alparslan Türkeşin oğludur. Onun partiya sıralarından çıxarılmasına səbəb isə baş nazir Əhməd Davudoğlunun müvəqqəti hökuməti qurmaqla bağlı təklifini qəbul etməsi göstərilir. Çünki MHP Xalqların Demokratik Partiyasının təmsil olunduğu hökumətdə yer almayacağını əvvəlcədən bildirmişdi.

OXŞAR XƏBƏRLƏR