Alpinistin ağır xəstə olan atası rayona aparıldı: "Qızının dəfninə gedir"

Alpinistin ağır xəstə olan atası rayona aparıldı: "Qızının dəfninə gedir"
SOSİAL
13:47 17.05.2018
10816

Alpinist Fəridə Cəbrayılzadənin ağır vəziyyətdə olan atası Masallı rayon Şərifə kəndinə aparılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Yenicag.az-a sözügedən kəndin bələdiyyəsindən məlumat verilib.

"Fəridənin atası ağır xəstədir, bir ay öncə bacısı rayonda dünyasını dəyişdi. O ağır xəstə olduğu üçün bacısının yas mərasiminə gələ bilmədi. Amma onu şəhərdən gətiriblər ki, qızının dəfn mərasimində iştirak etsin. Ağır dərddir, aylardır, meyit tapılmırdı. Ailə çox ağır sarsıntı içindədir”.

OXŞAR XƏBƏRLƏR