Oktyabrın 4-6-da Siyəzən rayonunun “Beşbarmaq” massivində mərhum Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş Qayayadırmanma (təbii qayalara) üzrə açıq Kubok keçiriləcək.Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışa ölkəmizin müxtəlif idman klublarındanidmançılar qatılacaq.
Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, yarışın marşrutlarının qurulmasında Rusiyadan dəvət olunmuş beynəlxalq dərəcəli idman ustaları iştirak edəcəklər. Turnir barədə ətraflı məlumatı bu keçid vasitəsilə əldə etmək olar: https://aaf.az/aze/championships/regulations/?id=640
Qeyd edək ki, yarışlar Azərbaycanda qayaya dırmanma üzrə ilk keçirilən yarışların 50 illik yubileyə təsadüf edir.
Bu informasiyanın yayılmasında bizə yardımçı olmağı media qurumlarından xahiş edirik.