Alpinistlərin axtarışları dayanıb?- AÇIQLAMA

Alpinistlərin axtarışları dayanıb?- AÇIQLAMA
SOSİAL
17:52 07.03.2018
2587

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən "Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, "Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı modern.az saytına deyib ki, axtarışlarla bağlı dəyişən bir şey yoxdur:
"Axtarışlar  hələ ki eyni istiqamətdə, eyni yerdə davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, o cümlədən könüllülər prosesdə  iştirak edir və ərazidən heç çıxmayıblar. Daim ordadırlar”.

Z.Qasımlı axtarışların hansı formada aparıldığından da söz açıb:

"Hava şəraitindən asılı olaraq axtarışların forması dəyişir. Buna baxmayaraq qeyd etdiyim kimi, alpinistlərin axtarışı  dayanmayıb və davam edir”.
Rəsmi məlumata görə, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib.

İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

OXŞAR XƏBƏRLƏR