Xəbər verdiyimiz kimi, Əməkdar artist Abbas Bağırov Heydər Əliyev Sarayında ilk dəfə solo konsert verib.
AZXEBER.COM xəbər verir ki, sənətçi anşlaqla keçən özəl gecəsinin ardından təəssüratlarını bölüşüb.
O, bütün komandasına təşəkkürünü bildirib:
"O gecənin hissləri hələ də içimdədir. Alqışlarınızın səsi qulaqlarımdan getmir. Səhnədən gördüyüm sevgi və enerji mənə ayrı bir güc verdi. O anları yaşamaq mənim üçün böyük xoşbəxtlik idi. Bu konsertin ərsəyə gəlməsində zəhməti olan hər kəsə ürəkdən təşəkkür edirəm. Siz olmasaydınız, bu qədər gözəl olmazdı.
Yaxşı ki varsınız".
Aysel










































