Altı abituriyent mobil telefona görə qəbul imtahanından xaric edildi

Altı abituriyent mobil telefona görə qəbul imtahanından xaric edildi
SOSİAL
19:15 15.07.2021
367
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanından altı nəfər xaric edilib.

DİM-dən AZXEBER.COM-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub.

Altı nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
OXŞAR XƏBƏRLƏR