'Altılıq' ölkələri İranı 'dilə tutacaq' - VİDEO

İDMAN
12:53 05.04.2013
1108
Bu gün Qazaxıstanın Almatı şəhərində İranla “Altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək. Toplantıda İran nümayəndə heyətinə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, “Altılıq” ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton rəhbərlik edəcək.Qeyd edək ki, “Altılıq” ölkələri, bu ilin fevralında Almatıda keçirilən görüş zamanı İrana yeni təkliflər paketi təqdim edib. Paketdə, İrandan uranın 20 faiz zənginləşdirilməsinin nəzarət altına alınması, “Fordo” nüvə obyektinin fəaliyyətinin müvəqqəti dayandırılması, atom enerjisi üzrə beynəlxalq agentliklə daha sıx əməkdaşlıq etməsi və sair tələblər irəli sürülüb. //anspress
OXŞAR XƏBƏRLƏR